Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsəndə növbəti tibbi müayinə aksiyasına başlanılıb

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) və Bakı Sağlamlıq Mərkəzinin dəstəyi ilə Daşkəsən rayonunda, “Çovdar” qızıl mədənin yaxınlığında yerləşən Çovdar kəndi, Şadax yaşayış məntəqəsi, Çaykənd, Quşçu, Bayan və digər kəndlərin sakinlərinin növbəti səyyar tibbi müayinəsinə start verilib. Aksiyanın ilk günündə rayon ərazisində yaşayan şəhid ailələrinin üzvləri, həmçinin müharibə iştirakçıları müayinə prosesinə cəlb edilib. Ulu Öndər Heydər Əliyevin 100 illiyi çərçivəsində “Öncə sağlamlıq!” devizi altında təşkil olunan aksiyada yerli əhali 3 gün müddətinə ödənişsiz olaraq müxtəlif tibbi xidmətlərdən yararlanacaqlar. 22 iyul tarixinədək davam edəcək aksiya çərçivəsində peşəkar həkim briqadası tərəfindən təqribən 500 nəfər sakinin ümumi cərrah, LOR, terapevt, endokrinoloq, kardioloq, nevropatoloq, pediatr, USM, EXO, EKQ, qanın və sidiyin ümumi analizi, ambulator qan təzyiqi monitorizasiyası və şəkərin təyini müayinələrindən keçirilməsi nəzərdə tutulur. Xatırladaq ki, Cəmiyyətin fəaliyyət göstərdiyi regionlardakı mədənlərin yaxınlığında yerləşən şəhər, kənd və qəsəbələrdə yaşayan, xüsusilə də sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin qayğı ilə əhatələnməsinə xidmət edən bu tip layihələr bundan sonra da davamlı şəkildə həyata keçiriləcək.

Diqər xəbərlər